Roza Zərgərliyə bahalı ad günü HƏDİYYƏsi - VİDEO

Roza Zərgərliyə bahalı ad günü HƏDİYYƏsi - VİDEO
14:04 27 Mart 2017
203 Digər
Ölkə mətbuatı
A- A+

Bu gün doğum gününü qeyd edən müğənni Roza Zərgərli yaradıcılığında yenilik edib. Lent.az-a açıqlama verən ifaçı bildirib ki, “Biri sənsən, biri mən” adlı mahnını həmkarı Valeh Vəliyevlə birgə oxuyub: “Hər il təmtəraqlı ad günü keçirməyi sevmirəm. Bu il ad günümü fərqli keçirmək istədim. İlk dəfə ad günümdə mahnı təqdim edirəm. Bu mənim özümə sürprizimdir. Ad günümə ən gözəl, ən bahalı hədiyyədir. Həmkarım Valehlə oxuduğum bu bəstənin seviləcəyinə inanıram”,

 

Qeyd edək ki, “Biri sənsən, biri mən” adlı bəstənin musiqisi Ruslan Səfəroğlunun, sözləri Şirin Məmmədovun, aranjimanı isə Elvin Musayevindir.

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/270637

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR