Nazir instituta yeni direktor təyin etdi

Nazir instituta yeni direktor təyin etdi
17:53 27 Mart 2017
Ölkə mətbuatı
A- A+

Vəli Axundov adına Elmi-Tədqiqat Аğ Ciyər Xəstəlikləri İnstitutuna yeni direktor təyin olunub.

Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Liya Bayramovanın Publika.az-a verdiyi məlumata görə, səhiyyə naziri Oqtay Şirəliyevin əmrinə əsasən bu vəzifəyə Həqiqət Qədirova təyin edilib.

L.Bayramova institutun əvvəlki direktoru Elcan Məmmədbəyov yaşla əlaqədar öz ərizəsi ilə işdən çıxdığını deyib.

H.Qədirova B və C viruslu hepatitlərin profilaktikası, diaqnostikası və müalicəsinin təşkili üzrə Komissiyanın üzvüdür.

Gülxar


Xəbərin orijinal ünvanı: http://publika.az/news/sehiyye/192707.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR