Oğurlanmış elektromobil smartfon vasitəsilə tapıldı

Oğurlanmış elektromobil smartfon vasitəsilə tapıldı
08:52 28 Mart 2017
Ölkə mətbuatı
A- A+

ABŞ-ın Kaliforniya ştatının sakini oğurlanmış "Tesla" elektrik avtomobilini smartfon vasitəsilə tapıb.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, avtomobilin sahibi onun park etdiyi yerdə olmadığını gördükdə smartfonundakı xüsusi proqram əlavəsinin köməyi ilə avtomobilinin yerini müəyyənləşdirib. O, bu haqda polisə məlumat verib. Həmin koordinata ən yaxın olan patrul avtomobili tapıb və oğrunu yaxalayıb. Oğru avtomobili sahibinin evindən götürdüyü açar vasitəsilə qaçırıb. Lakin smartfon vasitəsilə elektromobillə əlaqə yaratmağın mümkün olduğunu bilməyib.
 
Qeyd edək ki, bu fakt elektromobillərlə əlaqədar ilk belə hadisə deyil. "Tesla"nın işləyib hazırladığı xüsusi proqram vasitəsilə dünyanın harasında olursa olsun, elektromobilin yerini müəyyən etmək mümkündür.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/hitech/529191.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR