Güclü külək gözlənilir - XƏBƏRDARLIQ

Güclü külək gözlənilir - XƏBƏRDARLIQ
12:49 28 Mart 2017
196 Digər
Ölkə mətbuatı
A- A+

Martın 29-30-da bəzi rayonlarda qərb küləyinin arabir güclənəcəyi gözlənilir.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Lent.az-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.  Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq.

 

Arabir güclənən cənub-qərb küləyi gündüz arabir güclənən şimal küləyi ilə əvəz olunacaq.

 

Havanın temperaturu gecə 4-7° isti, gündüz 12-17° isti, Bakıda gecə 5-7° isti, gündüz 14-16° isti olacağı gözlənilir.

 

Azərbaycanın rayonlarında isə sabah hava əsasən yağmursuz keçəcək.  Bəzi yerlərdə arabir duman olacaq. Lakin gecə və səhər bəzi cənub rayonlarında yağış yağacağı ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

 

Havanın temperaturu gecə 2-7° isti, gündüz 17-22° isti, dağlarda gecə 0-5° isti, gündüz 10-15° isti olacağı gözlənilir.

 

Tibbi-meteoroloji proqnoza gəlincə isə, martın 29-30-da Abşeron yarımadasında atmosfer təzyiqinin xeyli tərəddüdü fonunda arabir güclənən gilavar və xəzri küləklərinin tez-tez bir-birini əvəz etməsi meteohəssas insanlar üçün əsasən əlverişsizdir.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/270717

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR