Belarus prezidenti Aleksandr Lukaşenko Dağlıq Qarabağ
münaqişəsinin həlli üçün gözlənilməz təklif səsləndirib. Lukaşenko
həmçinin növbəti dəfə bloger Lapşinin Azərbaycana
ekstradisiyasından danışıb. Ukrayna Rusiya və Belarusun birgə
keçirdiyi “Qərb-2017” hərbi təlimlərindən narahatdır. İŞİD terror
qruplaşması İranın ünvanına təhdidlərin yer aldığı videonu yayıb.
ABŞ və NATO-nun Qara dənizdə güclənməsi Rusiyanı narahat
edir.
Aleksandr Lukaşenko Ermənistanın Minskdəki səfiri
Armen Xaçatryanla görüşü zamanı deyib ki, Ermənistan və Azərbaycan
vasitəçilərin xidmətlərinə qaçmadan Dağlıq Qarabağ problemini
özləri həll etməyə məcburdur. “Azərbaycan və
Ermənistan heç bir vasitəçilərsiz masaya oturmalı və problemi həll
etməlidir. Bu, mənim şəxsi fikrimdir”, - prezident bildirib.
Dövlət başçısı qeyd edib ki, Ermənistan və Azərbaycan
prezidentləri tez-tez Dağlıq Qarabağ məsələsi ilə əlaqədar onun
fikrini soruşurlar.
“Bu bizim məsələmiz deyil, bu mənim məsələm deyil. Konflikt
tərəfləri özləri bu məsələni həll etməlidirlər. Harada olmasından
asılı olmayaraq insanlar layiqli yaşamalı, sülh və sakitliyin
zəmanətlərinə malik olmalıdır. İnanmıram ki, bu gün Dağlıq
Qarabağda insanlar yaxşı və layiqli yaşayırlar”, - Lukaşenko
vurğulayıb.
Belarus prezidenti həmçinin blogger Aleksandr
Lapşinin Azərbaycana ekstradisiyası ilə bağlı yaranan vəziyyətdən
danışıb. O, bu məsələdə haqlı olduqlarını yenidən
erməni tərəfinin diqqətinə çatdırıb.
Lukaşenko erməni səfirinə yerini göstərdi: “Biz buna məcbur idik”
“Axı biz niyə Azərbaycan və Ermənistanla dalaşmağa, ya da söyüşməyə məcburuq?"
Martın 25-də Azərbaycanın işğal olunmuş Dağlıq
Qarabağ bölgəsinə gələn Ermənistan prezidenti Serj Sarkisyanın
səfərində üç helikopter detalı diqqət çəkib.
“Qraparak” qəzeti təhlükəsizlik mənbələrinə istinadən Sarkisyanın
üç helikpterlə Qarabağa gəldiyini yazıb.
“Bu, gözlənilən təhlükəni azdırmaq üçün idi. Heç kim prezidentin
hansı helikopterdə olduğunu bilmirdi”, - deyə mənbə bildirib.
Sarkisyanın Azərbaycana gizli gəlişinin SİRRİ ORTAYA ÇIXDI
Səfərdə üç helikopter detalı diqqət çəkib.
“Karneqi” fondunun Cənubi Qafqaz üzrə eksperti,
britaniyalı konfliktoloq Tomas de Vall Ermənistan mediasına
müsahibəsində deyib ki, çoxları bu ilin yazında Dağlıq Qarabağ
münaqişəsi zonasında müharibənin olacağını
gözləyir.
“Çünki ötən ilin “aprel müharibəsi”ndən sonra nizama salınma
prosesində irəliləyiş yoxdur və diplomatiya heç bir naliyyətə imza
atmayıb”, - o qeyd edib.
Vakuum mərmilərlə dolacaq: Qarabağda YAZ MÜHARİBƏSİ BAŞLAYIR
ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Riçard
Hoqland dünən İrəvanda Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı
planın mövcud olduğunu açıqladı. Hoqland mövcud planı
“Lavrov planı” adlandırmadıqlarını da qeyd etdi.
“Bu plan üç hissədən ibarətdir, tərəflər bu plan üzərində işləyir”,
- deyə o bildirdi. Lakin planın detallarını açıqlamaqdan imtina
edərək, “bunu etmək yersiz olardı” deyə vurğuladı.
Hoqlandın Qarabağla bağlı konkret planın olması haqda danışması
həmsədrlərin prezidentlərin görüşünü hazırlaması fonunda diqqət
çəkir. Güman ki, bu görüş Ermənistanda parlament seçkilərindən
sonra baş tutacaq. Burada diqqət cəlb edən məqam Ermənistan
prezidenti Serj Sarkisyanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsinə
səfəri zamanı “lazım gələrsə, “İskəndər” raketlərindən istifadə
edəcəyik” bəyanatıdır. Bu bəyanatın hər şeydən öncə seçkilərə
hesablandığı şübhəsizdir.
Lakin erməni ekspert Aram Amatuninin şərhi burada diqqətdən
yayınmır.
ABŞ-ın Qarabağ PLANI və Sarkisyanın “İskəndər” OYUNU
Planın mövcud olduğunu açıqladı.
“Suriyada baş verənlər nəticə çıxarmağa imkan verir
ki, daha uzun müddətdə qan töküləcək və mümkündür ki, atəş qonşu
ölkələrə, xüsusi halda, Livan və İordaniyaya
keçəcək”.
Bu qənaətə Livanın “Al Joumhouria” nəşri gəlib. Nəşr bildirir
ki, Amerika və Rusiya arasında münaqişə yeni və daha mürəkkəb
mərhələyə keçib: Krımdan İordaniyaya qədər.
Müharibələr BİTMƏYƏCƏK - Krımdan başlanan QAN VƏ ATƏŞ SSENARİSİ
“Rusiyanın ABŞ-dakı seçkilərə müdaxiləsinə müharibə
aktı kimi baxmaq olar”.
Bunu ABŞ-ın keçmiş vitse-prezidenti Dik Çeyni deyib. “Bu
mərhələdə Donald Trampın prezident seçilməsinin qeyri-qanuni
olduğunu sübut edən heç bir dəlil yoxdur. Ancaq heç bir şübhə
yoxdur ki, mister Putin və onun hökuməti bizim fundamental
demokratik prosesimizə müdaxilə etmək üçün ciddi səylər göstərib.
Bu, bəzi dairələrdə müharibə aktı kimi qiymətləndirilə bilər”, -
respublikaçı siyasətçi bildirib.
ABŞ Dövlət Administrasiyasının nümayəndəsinin
sözlərinə görə, Rusiyanın səkkiz şirkətinə qarşı sanksiyaların
tətbiqi barədə qərar hələ keçmiş prezident Barak Obama
administrasiyasının son günlərində qəbul edilib. “Bu
bir qrup şəxsə və şirkətlərə qarşı sanksiyaların tətbiqi barədə
qərarı 2017-ci il yanvarın 17-də Dövlət Departamenti tərəfindən
qəbul edilmişdi. Sanksiyalar Konqresə ötürülmədən əvvəl yeni
administrasiya tərəfindən öyrənilib”, - agentliyin həmsöhbəti
deyib.
Xatırladaq ki, ABŞ martın 25-də Suriya, İran və Koreya Xalq
Demokratik Respublikasına aid olan yaymama haqqında Amerika qanunu
ilə əlaqədar olaraq Rusiyanın səkkiz şirkətinə qarşı sanksiyaları
tətbiq edib. Dövlət Departamentindən bildirilib ki, sanksiyalar
daim aparılan qiymətləndirmələrin nəticəsi olub.
Ukrayna Rusiya və Belarusun birgə keçirdiyi
“Qərb-2017” hərbi təlimlərindən narahatdır.
Ukraynanın ehtiyatda olan generalı Dmitri Umanes “Obozrevatel”
nəşrinə açıqlamasında deyib ki, təlimlər Kreml öz planlaından
imtina etmədiyini göstərir.
General qeyd edir ki, bir çox müharibə və silahlı konflikt məhz
təlimlərin süjeti əsasında başlanır:
“Təlimlər zamanı onlar nə fikirləşəcəklər? Demək çətindir.
Burada bizim kəşfiyyatımız işləməlidir”.
Paytaxta ən qısa yol... - Lukaşenko və Putinin birgə MÜHARİBƏ PLANI
"Kreml öz planlarından imtina etməyib”.
Rusiya Xarici İşlər Nazirliyinin başçısı Sergey
Lavrov isə “Arqumenti i faktı” nəşrinə müsahibəsində bildirib ki,
ölkəsinin qonşu dövlətlərlə bağlı heç bir ərazi iddiası
yoxdur. “Rusiya – sülh dövlətidir. Bizdə qonşularla
bağlı ərazi iddiası yoxdur. Rusiya maraqlıdır ki, müvəffəqiyyətli
və çiçəklənən ölkələr onu əhatə etsin”, - Lavrov bildirib.
İŞİD terror qruplaşmasının təxminən 800 döyüşçüsü
mühasirəyə alınmış İraqın Mosul şəhərini maneəsiz tərk
edib. Bu haqda Rusiya Baş qərargahının Baş operativ
idarəsinin başçısı, general-polkovnik Sergey Rudskoy bildirib.
“Mosulun tam mühasirəsi haqqında koalisiyanın (ABŞ-ın başçılıq
etdiyi anti-terror koalisiyası –red.) bəyanatlarına baxmayaraq,
şəhərdən Suriyanın Deyr-ez-Zor rayonuna döyüşçülərin axını davam
edir”, - o deyib.
Generalın sözlərinə görə, beynəlxalq koalisiyanın aviasiyası hər
gün Mosula praktik olaraq zərbələr vurur. Nəticədə, İŞİD
döyüşçülərindən başqa, minlərlə dinc sakin həlak olur.
İŞİD terror qruplaşması İranın ünvanına təhdidlərin
yer aldığı videonu yayıb. İranın IRINN xəbərlər
telekanalın məlumatına görə, internetdə yerləşdirilən videoçarx 37
dəqiqədən ibarətdir. Videoda İŞİD-in üç döyüşçüsü iştirak edir. Abu
Faruk al-Farsi adlı terrorçu farsdillilərin nümayəndəsi kimi
soyazıçnoqosu rolunda çıxış edir, ikinci özünü Abu Modjahed
al-Baluşi adlandırır və bəlucların nümayəndəsi kimi təqdim edir,
Abu Saad al-Axvazi adlı üçüncü terrroçu İranın ərəbdilli əhalisinin
adından danışır.
Onlar İran hakimiyyətini kafir adlandırır, əhalini
qarışıqlıqlara, diversiyalara və silahlı hücumlara çağırırlar.
Al-Baluşi iddia edir ki, İŞİD İran fəth edəcək. Telekanalın
məlumatına görə, yayılmış videoçarx İranla həmsərhəd İraqın Diyala
əyalətində çəkilib. Qeyd edilir ki, İran hakimiyyəti həmişə azlıqda
qalan millətlərin nümayəndələrini qırıb.
İŞİD-in təhdid etdiyi İranın prezidenti Həsən Rusiya
isə Moskvada rusiyalı həmkarı Vladimir Putinlə
görüşüb. Vladimir Putin İranı xeyirxah qonşu və
Rusiyanın etibarlı partnyoru adlandırıb.
Putin Rusiya və İranı yüzilliklərin bir-birinə bağladığını,
diplomatik münasibətlərin yaşının 500-dən çox olduğunu deyib.
Həsən Ruhani öz növbəsində, Rusiya və İranın Yaxın Şərq
regionunda əməkdaşlığının sülh və sabitliyə xidmət etdiyini, üçüncü
ölkələrə qarşı yönəlmədiyini bildirib. O ümid etdiyini vurğulayıb
ki, Rusiyaya səfərinin gedişatında Rusiya-İran münasibətlərinin
möhkəmləndirilməsi üzrə yeni addımlar atılacaq.
ABŞ və NATO-nun Qara dənizdə güclənməsi Rusiyanı
narahat edir. “Qara dənizdə olan ABŞ hərbi gəmiləri
potensial təhdiddir. Gəmilərdə hansı növ raketlərin olduğu məlum
deyil”, - Rusiya Müdafiə Nazirliyindən bildirilib.
Amerika və Rusiya dənizdə üz-üzə gəldi - MÜHARİBƏYƏ HAZIRLIQ?
Ömər Dağlı
Xəbərin orijinal ünvanı: http://publika.az/news/nida_tehlil/192859.htmlŞahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 0552252950 (Whatsapp)