Səfirlikdən iranlı musiqiçinin Dağlıq Qarabağda verdiyi konsertə MÜNASİBƏT

Səfirlikdən iranlı musiqiçinin Dağlıq Qarabağda verdiyi konsertə MÜNASİBƏT
17:24 29 Mart 2017
90 Digər
Ölkə mətbuatı
A- A+

“İran İslam Respublikasının Azərbaycanın ərazi bütövlüyünü dəstəkləməsi ilə bağlı dəyişməz siyasəti tamamilə aydındır və indiyədək bununla bağlı mövqeyimizi dəfələrlə bildirmişik”.
 
Bu barədə APA-ya İran İslam Respublikasının Azərbaycandakı səfirliyinin mətbuat xidmətindən bildirilib. Səfirliyin mətbuat katibi Məhəmmədrza Nəcəfi iranlı musiqiçinin qondarma “Dağlıq Qarabağ Respublikası”nda verdiyi konsertlə münasibət bildirərkən deyib ki, Novruz bayramı günlərində İran İslam Respublikasından heç bir rəsmi musiqi qrupu Azərbaycan Respublikası ilə Ermənistan arasında münaqişəli sayılan ərazilərə səfər etməyib: “Üçüncü ölkə mətbuatı vasitəsilə yayılan qeyri-mötəbər və bəzən təhrif olunmuş xəbərlər İran İslam Respublikası ilə Azərbaycan Respublikası arasında əlaqələri korlamaq və ictimai rəyi mənfi yönlərə yönəltmək məqsədi daşıyır. Təəssüf ki, indiyədək dəfələrlə bunun şahidi olmuşuq. Biz bu qəbil cəhdləri şiddətlə qınayırıq”.

Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/270840

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR