Lent.az-ın qəhrəmanı Ərdoğan ailəsinin xalçasını toxuyub: “Marine Le Penin...”

Lent.az-ın qəhrəmanı Ərdoğan ailəsinin xalçasını toxuyub: “Marine Le Penin...”
11:19 30 Mart 2017
102 Digər
Ölkə mətbuatı
A- A+

Azərbaycanlı xalçaçı Dağlar Səfərov Türkiyə prezidenti Ərdoğan və ailəsinin portretini toxuyub. Bu barədə Lent.az-a Səfərovun özü məlumat verib. Dağlar müəllimin dediyinə görə, xalçanın toxunması bir aya başa gəlib. “Xalçada  cənab prezident və onun ailə üzvlərinin rəsmləri yer alıb. Məqsədim referendumdan əvvəl Ankaraya gedib xalçanı Ərdoğana təqdim etməkdir”.

Bu arada xalçaçı başqa bir xalçanın hazırlanmasına başlandığını. “Artıq iki gündür ki, Fransa prezidentliyinə namizəd xanım Marine Le Penin də portretinin toxunmasına başlanılıb. Bu xalçanın toxunuşu aprelin sonuna başa çatmalıdır”.

Qeyd edək ki, Dağlar Səfərov onlarla dünya liderinin xalçasını toxuyaraq onlara hədiyyə verib. Səfərovun fəaliyyəti haqda ilk dəfə Lent.az yazaraq onu ictimaiyyətə tanıtmışdı.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/270898

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR