UNEC-in əcnəbi tələbələri Səməd Vurğunun ev-muzeyində

UNEC-in əcnəbi tələbələri Səməd Vurğunun ev-muzeyində
13:59 31 Mart 2017
84 Digər
Ölkə mətbuatı
A- A+

 

 

UNEC-in əcnəbi tələbələri Səməd Vurğunun ev-muzeyində olublar.

 

Universitetin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, şairin nəvəsi, “Gənclər üçün Prezident Mükafatının laureatı”, Fransanın “Ecole Normale de Musique de Paris - Alfred Cortot” Musiqi Akademiyasının tələbəsi Vurğun Vəkilov tələbələrə muzey haqqında ətraflı məlumat verib.

 Onları yeni yaradılan “60-cılar nəsli” ekspozisiyası ilə tanış edib. Burada nümayiş edilən ötən əsrin 60-cı illərinin görkəmli nümayəndələrinin portretləri, Xalq Rəssamı Səttar Bəhlulzadənin tablosu, Xalq Şairi Vaqif Səmədoğlunun çəkdiyi rəsmlər, 60-cı illərdə yazdığı “Samizdat” adı ilə çıxan şeirləri, o illərdə dəbdə olan məişət əşyaları əcnəbi tələbələrin marağına səbəb olub.

 

Şairin nəvəsi UNEC tələbələri üçün bir zamanlar görkəmli bəstəkarlar Üzeyir Hacıbəyov, Qara Qarayevin bu evdə qonaq olarkən ifa etdikləri əfsanəvi royalda klassik Azərbaycan musiqiləri ifa edib.

 

Xüsusi ilə Səməd Vurğunun ev-muzeyində nümayiş etdirilən sazı və tüfənginə heyran qaldıqlarını bildirən tələbələr sonda Azərbaycan dilində şairin “Azərbaycan” şeirini səsləndiriblər.

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/271016

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR