Direktorların işə qəbulu ilə bağlı bütün mərhələlər elektronlaşdırılıb

Direktorların işə qəbulu ilə bağlı bütün mərhələlər elektronlaşdırılıb
18:49 31 Mart 2017
695 Digər
Ölkə mətbuatı
A- A+

Məktəb direktorlarının işə qəbulu qaydalarına əsasən, işə qəbul prosesinin bütün mərhələləri elektronlaşdırılıb.

 

Lent.az-ın məlumatına görə, bunu Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdir müavini Eşqi Bağırov  "Təhsil TV"nin  "Təməl"  verilişində deyib.

 

O bildirib ki, yeni qaydalara əsasən, direktor olmaq istəyən namizədlər 200-250 işarədən ibarət elektron şəkildə esse yazmalıdır: “Mərhələlərin elektronlaşdırılması həm də həmin namizədlərin  İKT bacarıqlarını yoxlamağa da imkan verir. Müsahibə mərhələsi də bu il tam elektron formatda keçiriləcək. Esselərin mövzuları qabaqcadan elan olunacaq və namizəd test imtahanını başa çatdıran kimi həmin mövzu namizədə təqdim olunacaq. İnşaların yoxlanmasında mövzuya uyğunluq, orfoqrafik qaydalar, üslub və digər meyarlar nəzərə alınacaq. Bu yoxlama işləri Təhsil İnstitutunda xüsusi komissiyalar tərəfindən görüləcək”.

 

E. Bağırov bildirib ki, test,  esse və müsahibə ayrı-ayrılıqda qiymətləndiriləcək və yekunda bu mərhələlər üzrə qiymətlər toplanaraq ümumi bala uyğun namizədlərin seçdiyi yerə yerləşdirilməsi proqram təminatı vasitəsilə həyata keçiriləcək.  

 

Qurum təmsilçisi deyib ki, direktorların işə qəbulu müsabiqəsinə iştirak etməyin son yaş həddi 65-dir.

 

E.Bağırov əlavə edib ki, rayonlarda kişi direktorlar, şəhər məktəblərində isə qadın direktorlar üstünlük təşkil edir.

 

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/271043

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR