“Bursaspor”un baş məşqçisi milli oyunçumuzu təriflədi

“Bursaspor”un baş məşqçisi milli oyunçumuzu təriflədi
00:04 1 Aprel 2017
103 Digər
Ölkə mətbuatı
A- A+

“Seleksiyaçılarımız çox ciddi şəkildə transfer işləri görürlər. Komandaya həm yaxın, həm də uzaq planda kömək edəcək oyunçular seçirik”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Bursaspor”un baş məşqçisi Mutlu Topçu deyib.

 

U-21 millimizin oyunçusu Ozan Can Kökcünün transferini dəyərləndirən Topçu gənc futbolçunun çox faydalı olacağını deyib: “Ozan Can da izləyərək seçdiyimiz oyunçulardan biridi. Bir çox klubun siyahısında var idi. Biz də ailəsi ilə görüşdük, klubumuzla, bazamızla tanış etdik. O da bizi seçdi. Bir sözlə, faydalı bir oyunçu transfer etdiyimizi düşünürəm. İnkişaf etdikcə həm “Bursaspor”a, həm də Türk futboluna faydalı olacağını düşünürəm”.

 

Qeyd edək ki, əsas millimizin üzvü Dəniz Yılmaz da “Bursaspor”un şərəfini qoruyur.

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/271056

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR