İngiltərənin "Sanderlend" klubunun futbolçusu Dankan Uotmor Barbadosda istirahət zamanı 3 nəfərin həyatını xilas edib.

Publika.az xəbər verir ki, dizindəki zədəni sağaltmaq üçün sevgilisi ilə məzuniyyətə yollanan 23 yaşlı yarımmüdafiəçinin idarə etdiyi motorlu qayıq katamaranla toqquşub. Nəticədə oradakı 3 sərnişin suya düşüb. Uotmor isə onları xilas edərək, göyərtəyə qaldırmaqla yanaşı, ciddi zədə alan qadına ilkin tibbi yardım göstərib.

Futbolçu 3 nəfərin həyatını xilas etdi

Futbolçunun özü və sevgilisi qəza zamanı xəsarət almasa da, zərərçəkənlərdən biri ölümdən döndüklərini söyləyib. O, sağ qaldıqları üçün futbolçuya minnətdar olduqlarını bildirib: "Çox qorxduq. Ölüm-qalım məsələsi idi. Evə tabutda dönmədiyim üçün bəxtim gətirib. Dankan hamımıza göyərtəyə qalxmaqda yardım etdi".

Qeyd edək ki, Dankan Uotmor 2013-cü ildən "Sanderlend"də çıxış edir. O, İngiltərə təmsilçisinin heyətində 37 oyun keçirib və 3 qol vurub. (Report)