“Boko Haram” 22 qızı qaçırdı

“Boko Haram” 22 qızı qaçırdı
07:29 1 Aprel 2017
124 Digər
Ölkə mətbuatı
A- A+

Nigeriyada “Boko Haram”  terrorçu qruplaşmasının silahlıları 22 qız oğurlayıb.

 

APA-nın “AFP”-yə istinadən verdiyi xəbərə görə, martın 30-da silahlılar ölkənin şimal-şərqində yerləşən kənddən 17 yaşadək olan 18 qızı oğurlayıb.

 

Bundan sonra digər  yaşayış məntəqəsinə hücum edən terrorçular daha 4 qızı zorla özləri ilə aparıblar.

 

2014-cü ilin aprelində Borno ştatının Çibok şəhərində internat məktəbində təhsil alan 276 qız “Boko Haram” qruplaşması tərəfindən oğurlanmışdı.

 

Xatırladaq ki, “Boko Haram” Nigeriya hökumətinin devrilməsinə və ölkənin şimalında islam dövlətinin yaradılmasına çalışır.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/271067

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR