Tarixdə bu gün: 1 aprel

Tarixdə bu gün: 1 aprel
09:03 1 Aprel 2017
144 Digər
Ölkə mətbuatı
A- A+

1916 - Şair Ənvər Əliverdi oğlu Əlibəylinin(1916 - 7.5.1968) doğum günüdür. 1964-1968-ci illərdə Azərbaycan Radiо və Televiziya Verilişləri Kоmitəsinin sədri оlub.

* * *

1953 - Tanınmış yazıçı və jurnalist, ictimai xadim Aqil Abbas (Aqil Məhəmməd oğlu Abbasov) Ağcabədi rayonunun Kolalı kəndində doğulub. 2005-ci ildən Milli Məclisin deputatıdır.

* * *

1954 - Opera müğənnisi, teatr xadimi Əhməd Bəşir oğlu Bədəlbəyli (Ağdamski) (5.1.1884, Şuşa - 1954) vəfat edib. Dahi bəstəkar Üzeyir Hacıbəylinin xalası oğlu olub.

Azərbaycan teatrında azərbaycanlı aktrisaların olmadığı vaxtlarda bir çox tamaşalarda (o cümlədən "Leyli və Məcnun"da Leyli rolu) qadın rollarını oynayıb. 1934-cü ildən pedaqoji fəaliyyətlə məşğul olub, Ağdaş musiqi məktəbində tar müəllimi işləyib.

* * *

1981 – XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Xalq şairi, ictimai xadim Rəsul Rza (19.5.1910, Göyçay – 1981) vəfat edib.

Şair vətənpərvərlik, humanizm üzərində köklənən, fəlsəfi ruhlu şeir və poemaların müəllifidir. Rus və Avropa şairlərinin əsərlərini dilimizə tərcümə edib. Azərbaycan Yazıçılar Birliyinin sədri olub.

* * *

1992 - Azərbaycanla Niderland Krallığı arasında diplomatik münasibətlər qurulub. Niderland Azərbaycanın müstəqilliyini 1991-ci il dekabrın 31-də tanımışdı.

* * *

1994 - Müstəqil Dövlətlər Birliyi Parlamentlərarası Assambleyasının nümayəndə heyəti Ermənistan-Azərbaycan cəbhəsində atəşkəsə nail olmaq təşəbbüsü ilə Bakıya gəlib.

Qırğızıstan parlamentinin spikeri M.Şerimkulovun başçılıq etdiyi heyətin Azərbaycan və Ermənistanda apardığı müzakirələrin nəticəsində tərəflərin uzunmüddətli atəşkəs rejimi barədə ilkin razılığı əldə olundu.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/maraqlitarix/193332.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR