Türkiyə ordusu Suriyada yeni əməliyyata hazırlaşır

Türkiyəin baş naziri Binəli Yıldırım Suriyada 2016-cı ilin 24 avqustundan bəri aparılan “Fərat Qalxanı” əməliyyatının başa çatdığını bildirib. Lakin yeni əməliyyatın başlayacağı da qeyd edilib. Nazir hərbi əməliyyatlara Azad Suriya Ordusunun da cəlb ediləcəyini deyib.

Metbuat.az xəbər verir ki, Azad Suriya Ordusunun omandirlərindən olan Əhməd Osman isə əməliyyatların bu ay içərisində Suriyanın şimalında başlanacağını deyib:

"Əməliyyatlar İŞİD terrorçu qruplaşmasına qarşı aparılacaq".

Əhməd Osman “Fərat Qalxanı” əməliyyatında Əl-Bab şəhərinin azad edilməklə əsas məqsədə nail olunduğunu bildirib.

Qeyd edək ki, Əhməd Osman Suriya müxalifətinin Cenevrə danışıqları üzrə Ali Komitəsinin əsas nümayəndələrindəndir.

Aytən Novruzova / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR