Nazarova ad verdilər - "Almaniyanın qorxusu"

Nazarova ad verdilər - "Almaniyanın qorxusu"
12:47 1 Aprel 2017
97 İdman
Ölkə mətbuatı
A- A+

Azərbaycan millisinin futbolçusu Dmitri Nazarov Almaniya çempionatında növbəti oyununu keçirib.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, 27 yaşlı yarımmüdafiəçi çıxış etdiyi "Aue"nin "Sankt-Pauli" ilə görüşünün iştirakçısı olub.

Almaniyalı həmkarlarımız oyunla bağlı reportajda Nazarovu xüsusi adla qeyd edib. Mətbuat onu "Deutschland-Schreck" kimi qələmə verir. Bu isə "Almaniyanın qorxusu" anlamına gəlir.
 
Nazarovun bu ada layiq görülməsi də təsadüfi deyil. Yarımmüdafiəçi Azərbaycan millisinin heyətində Almaniyaya qarşı keçirilən DÇ-2018-in seçmə oyununda (1:4) qol sevinci yaşayıb. Hesab 0:1 olarkən bərabərlik qoluna imza atıb, Bundestimi az da olsa, təşvişə salan Dmitri rəqibin 9 aylıq quru seriyasını da qırıb. Məhz bu amil də ona "Almaniyanın qorxusu" adının verilməsi ilə nəticələnib.
 
Qeyd edək ki, "Aue"nin 1:0 hesabı ilə qalib gəldiyi oyunda Nazarov 77 dəqiqə forma geyinib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/531146.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR