Beş gün əvvəl Kürdə batan şəxsi meyiti tapıldı

Beş gün əvvəl Kürdə batan şəxsi meyiti tapıldı
18:19 1 Aprel 2017
87 Digər
Ölkə mətbuatı
A- A+

Martın 27-də Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Kür çayının Neftçala rayonu ərazisindən keçən hissəsində (ən yaxınlıqdakı məntəqədən 25 km aralıda, nəzarətsiz ərazidə) 1 nəfərin batması barədə məlumat daxil olub.

 

FHN-dən Lent.az-a verilən məlumata görə, dərhal Nazirliyin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunmuş və vətəndaşın axtarışlarına başlanılıb. Bu gün 1976-cı il təvəllüdlü Əsədov İsmayil Şərif oğlunun cəsədi batdığı yerdən çıxarılaraq aidiyyatı üzrə təhvil verilib. Əməliyyat saat 16:48-də başa çatıb.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/271102

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR