I sinfə qəbulla bağlı məktəb direktorları ilə görüş keçirilib

I sinfə qəbulla bağlı məktəb direktorları ilə görüş keçirilib
18:44 1 Aprel 2017
176 Digər
Ölkə mətbuatı
A- A+

Aprelin 1-də I sinfə qəbulla bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsinin struktur bölmə rəhbərləri və ümumi təhsil məktəblərinin direktorlarının görüşü keçirilib. 

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən ( BŞTİ ) Lent.az-a verilən məlumata görə, görüşdə bildirilib ki,  I sinfə şagird qəbulu ilə bağlı elektron qeydiyyatdan keçmiş sənədlərin ümumi təhsil məktəblərində qəbulu prosesinə start verilib. Bu mərhələdə məktəb rəhbərlərinin rolu və valideynlərin maarifləndirilməsi kimi məsələlər aktuallıq kəsb edir.

 

Görüş iştirakçılarının nəzərinə çatdırılıb ki, elektron sistem vasitəsilə I sinfə şagird qəbulu ilə bağlı Qaydalarda şagirdlərin müsahibədən keçmədən məktəbə qəbul edilmələri nəzərdə tutulur. Eyni zamanda, sənəd qəbulu ilə bağlı elan lövhələri məktəblərin giriş qapılarında və valideynlərin rahat məlumat ala biləcəkləri digər yerlərdə yerləşdirilib.

 

Ümumilikdə, bu proseslə bağlı maarifləndirmə işlərinin səmərəli aparılması və vətəndaş məmnunluğunun təmin edilməsi əsas vəzifə kimi qarşıya qoyulub.

Görüşün sonunda paytaxtda birinci sinfə elektron qəbulla bağlı müzakirələr aparılıb, məktəb rəhbərlərini maraqlandıran suallar cavablandırılıb, təhsil müəssisələrində sənəd qəbulunun səmərəli təşkili ilə bağlı müvafiq tövsiyələr verilib.

 

Qeyd edək ki, aprelin 1-nə olan məlumata görə, paytaxtda I sinfə qəbul üzrə 30 000-dən çox sorğu yerləşdirilib. Onlardan 28 000-ə yaxını ümumi təhsil məktəblərini, 3 000-ə yaxını isə lisey və gimnaziyaları seçib. Bu göstərici paytaxtdakı dövlət ümumi təhsil müəssisələrinin I sinfinə şagird qəbulu proqnozunun təxminən 70 faizinə yaxındır.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/271103

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR