ABŞ Suriyadakı əsas 3 hədəfini açıqladı

ABŞ Suriyadakı əsas 3 hədəfini açıqladı
10:19 2 Aprel 2017
85 Digər
Ölkə mətbuatı
A- A+

ABŞ-ın yeni administrasiyası İŞİD terror təşkilatını Suriya prezidenti Bəşər Əsədlə müqayisədə daha böyük problem hesab edir.

 

APA-nın məlumatına görə, bunu “Fox News” telekanalına müsahibəsində ABŞ-ın BMT yanındakı daimi nümayəndəsi Nikki Heyli bəyan edib.

 

N. Heyli B. Əsədi hərbi cinayətkar adlandırıb, dinc əhaliyə qarşı kimyəvi hücumda günahlandırıb, əhaliyə humanitar yardıma icazə vermədiyini söyləyib: “ABŞ Bəşər Əsədi Suriyada sülhün əldə olunması yolunda bir problem sayır. Ümid edirik ki, Suriya xalqı naminə onun cinayət məsuliyyətinə cəlb edilməsinə nail olacağıq. Ancaq daha böyük problem İŞİD terror təşkilatıdır və öncə İŞİD-lə mübarizə aparmaq lazımdır. Daha sonra isə Suriya böhranının sülh yolu ilə məşğul olmaq vacibdir. Bunun üçün isə Suriyada İran təsirinə son qoymaq və Bəşər Əsədi kənarlaşdırmaq lazımdır”.

 

N. Heyli Suriyada durumun bu həddə çatmasında ABŞ-ın öncəki administrasiyasını da günahlandırıb: “Əgər geriyə baxsaq, biz hazırkı situasiyanın yaranmaması üçün müəyyən addımlar ata bilərdik”. 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/271132

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR