Azərbaycanda 5-ci dəfə ana olan qadın öldü - UŞAQ SAĞ QALDI

Azərbaycanda 5-ci dəfə ana olan qadın öldü - UŞAQ SAĞ QALDI
10:24 2 Aprel 2017
160 Digər
Ölkə mətbuatı
A- A+

Bu gün səhər Qubada ana ölümü olub.

 

APA-nın yerli bürosunun məlumatına görə, Seyidəliyeva Sevinc Oruc qızı qeysəriyyə əməliyyatı ilə uşaq dünyaya gətirib.

 

Bu, onun beşinci hamiləliyi olub və doğuş normal keçib. Əməliyyatdan sonra S. Seyidəliyevayanın damarına  riopoliqulikin adlı preparat vurulub. Xəstə buna sərt reaksiya verib, şoka düşüb. Həkimlərin səyinə baxmayaraq, S. Seyidəliyeva həyatını itirib. 

 

Quba Regional Perinatal Mərkəzinin direktoru Şəhla Həsənova APA-nın yerli bürosuna bildirib ki, doğum zamanı heç bir həkim səhvi olmayıb, bütün prosedur qaydalara əməl olunub: “Sadəcə, xəstə damarına vurulan dərmana sərt reaksiya verib”. 

 

Qeyd edək ki, uşaq sağdır. 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/271131

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR