Həbsxanada keçmiş müxalifətçi deputatı bıçaqladılar

Həbsxanada keçmiş müxalifətçi deputatı bıçaqladılar
13:29 2 Aprel 2017
144 Digər
Ölkə mətbuatı
A- A+

Qırğızıstanda sabiq müxalifətçi deputat təcridxanada bıçaqlanmış vəziyyətdə tapılıb

Qırğızıstanın hüquq-mühafizə orqanları istintaq təcridxanasında keçmiş müxalifətçi deputat Sadır Japarovu bıçaqlanmış vəziyyətdə aşkar ediblər. Qeyd olunur ki, o, boynundan və qollarından çoxsaylı xəsarətlər alıb.

 

Lent.az virtualaz.org-a istinadən xəbər verir ki, müxalifətçi “Ata-Jurt” partiyasından olan keçmiş deputatın vəziyyəti hazırda sabitdir, həyati vacib orqanları zədələnməyib.

 

O da qeyd olunur ki, Japarovun istintaq təcridxanasının əməkdaşlarına qarşı hər hansı şikayəti yoxdur. Təqsirləndirilən əməliyyat olunub və cərrahlar onun həyatını xilas edə biliblər.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/271147

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR