“Qarabağ” bizdən üstün idi" - Şahin Diniyev etiraf etdi

“Qarabağ” bizdən üstün idi" - Şahin Diniyev etiraf etdi
21:27 2 Aprel 2017
52 İdman
Ölkə mətbuatı
A- A+

"Maraqlı oyun keçdi. İlk hissədəki tempi qoruyub saxlaya bilmədik. Planımız o idi ki, ikinci hissədə 15-20 dəqiqə hesabı qoruyub saxlayaq. Gəlin etiraf edək ki, "Qarabağ" bizdən üstün idi".

Milli.Az apasport.az-a istinadən xəbər verir ki,bu sözləri "Kəpəz"in baş məşqçisi Şahin Diniyev deyib.
 
Azərbaycan Premyer Liqasının XIV turunda səfərdə "Qarabağ"la qarşılaşan gəncəlilər 1:2 hesablı məğlubiyyətə üzülüblər.
 
Oyundan sonra fikirlərini bölüşən çalışdırıcı matçı dəyərləndirib: "Futbolçularıma təşəkkür edirəm. Başabaş olmasa da, buna yaxın futbol oynadıq. Bu gün qalib gəlmək istəyirdik. Əvvəllər "Qarabağ"a böyük hesabla uduzmamaq üçün oynayırdıq. İndi isə uduzsaq da, futbol oynadıq. Qarşıdakı 4 oyundan qalib ayrılmaq istəyirik. Rəqibi təbrik edirəm".
 
- Tadas da Davudun bu gün buraxdığı kimi səhvdən sonra ehtiyata göndərilmişdi...

- Tadasda bir yox, bir neçə belə səhv olmuşdu. Bir oyuna görə futbolçunu ehtiyata göndərməzlər. Düzdü, qolda Davud Kəriminin səhvi oldu. Ancaq bu, kobud səhv deyildi.
 
- Bundan sonra komandanın əsas məqsədi nədi?

- Sonadək mübarizə aparacağıq. 3 oyunu evdə keçirəcəyik. Avrokubok ümidimiz davam edir. Komanda bu gün göstərdi ki, yaxşı ot örtüyündə daha yaxşı oynayır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/531358.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR