Qənirə Paşayeva ASAN könüllüləri ilə görüşüb

Qənirə Paşayeva ASAN könüllüləri ilə görüşüb
10:44 3 Aprel 2017
91 Digər
Ölkə mətbuatı
A- A+

Millət vəkili Qənirə Paşayeva Pedaqoji Universitetin binasında ASAN könüllüləri ilə görüşüb. Lent.az-ın məlumatına görə, ASAN Xidmətin sədr müavini Ülvü Mehdiyev, xidmətin rəsmiləri və çoxlu sayda könüllünün iştirak etdiyi görüşdə aprel döyüşlərində şəhid olan qəhrəmanların xatirəsi 1 dəqiqəlik sükutla yad olunub.

 

Qənirə Paşayeva aprel döyüşləri və qəhrəmanları haqqında geniş danışıb, gəncləri onlardan örnək almağa çağırıb.

 

O, aprel zəfərinin dosta və düşmənə bir mesaj olduğunu da xüsusi vurğulayıb: “Ötən il aprel döyüşləri dünyaya Azərbaycan dövlətinin, ordusunun gücünü, hərbiçisinin gücünü göstərdi. Azərbaycan müstəqilliyini yeni qazandığı illərdə ordumuz zəif idi, silahımız demək olar ki yox idi, dövlətimiz güclənməmişdi. Ermənistana isə silah və siyasi dəstək verirdilər, ona görə də torpaqlarımızı işğal edə bildi. O vaxtdan Ermənistan bir qələbə eyforiyası yaşayırdı. Lakin ötən il onların qələbə eyforiyası darmadağın oldu. Aprel döyüşlərindən sonra Ermənistanda böyük bir təlaş var ki, Azərbaycan artıq torpaqlarını işğaldan azad edəcək, onun artıq belə bir gücü var. Bu gücü Azərbaycan apreldə bir daha bütün dünyaya və Ermənistana göstərib. Eyni zamanda, aprel döyüşləri Azərbaycan xalqının uzun illər ərzində səbrinin qalmadığını da işğalçı Ermənistana və bütün dünyaya göstərdi. Bu döyüşlərdən sonra bayrağımız Lələ Təpədə dalğalanır və Cocuq Mərcanlıdan olan məcburi köçkünlərimiz öz evlərinə dönə biləcəklər. Azərbaycan Prezidenti İlham Əliyevin vurğuladığı kimi, Lələ Təpədə dalğalanan gözəl bayrağımız yaxın vaxtlarda işğal altındakı ərazilərdə də dalğalanacaq”. 

 

Q. Paşayeva gəncləri tariximizlə bağlı kitabları və Azərbaycan ədəbiyyatını daha geniş mütaliə etməyə səsləyib və onlara müəllifi olduğu kitabları imzalı hədiyyə edib.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/271185

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR