Azərbaycandan külli miqdarda dollar çıxarmaq istədi

Azərbaycandan külli miqdarda dollar çıxarmaq istədi
12:24 3 Aprel 2017
93 Digər
Ölkə mətbuatı
A- A+

Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları külli miqdarda xarici valyutanın ölkənin gömrük sərhədindən bəyan etməməklə keçirilməsinə cəhdin qarşısını alıblar. Lent.az Gömrük Komitəsinin saytına istinadən xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Hava Limanında Bakı-Tehran aviareysilə getmək istəyən İran İslam Respublikasının vətəndaşı Amirahmadi Mohammadrezanın əl çantası rentgen aparatından keçirilərkən monitorda kağız pulların təsviri görünüb.

 

Vətəndaş saxlanılıb və onun əl çantası yoxlanılıb. Nəticədə, çantada əvvəlcədən gömrük nəzarətinə təqdim edilməyən, şifahi, elektron və ya kağız üzərində yazılı formada bəyan olunmayan 172 ədəd - hər biri 100 ABŞ dolları nominalında pul əsginasları olmaqla, cəmi 17.200 ABŞ dolları aşkar edilib.

 

Faktla bağlı araşdırma aparılır.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/271207

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR