Şəhid atası: "Mən də şəhid olmağa hazıram"

Şəhid atası: "Mən də şəhid olmağa hazıram"
18:19 3 Aprel 2017
120 Digər
Ölkə mətbuatı
A- A+

Ötən ilin aprel döyüşlərində qəhrəmancasına şəhid olan Azərbaycan Silahlı Qüvvələrinin kiçik giziri Seymur Baxışovun xatirəsi əbədiləşdirilib. APA TV-nin məlumatına görə, bu gün şəhidin yaşadığı binada xatirə lövhəsinin açılışı olub. Açılış mərasimində şəhidin yaxınları, döyüş dostları, ictimaiyyət nümayəndələri  iştirak edib. Qarabağ Azadlıq Təşkilatının sədri  Akif Nağı bildirib ki, aprel döyüşləri Azərbaycan xalqının tarixinə yazılmış çox şanlı səhifələrdən biridir. O, işğal olunan torpaqların şəhidlərin qanı ilə azad ediləcəyini vurğulayıb. İlahiyyatçı Hacı Şahin  şəhid ailələrinə başsağlığı verib. O bildirib ki, aprel döyüşləri Azərbaycan xalqının tarixində parlaq bir səhifə olaraq qalacaq, çünki şəhid ölümü ilə əbədiyyət qazanır. Daha sonra şəhidin valideynləri çıxış edərək, öz doğmaları ilə  fəxr etdiklərini bildiriblər.
 
Şəhidin atası Qulamhüseyn Baxışov oğlu ilə fəxr etdiyini deyib: "Oğlumla fəxr edirəm. Çünki o torpaq uğrunda şəhid olub. Mən də hərbçiyəm, lazım olsa, mən də şəhid olmağa hazıram".
 
Şəhidin anası Zemfira Baxışova sonbeşiyi Seymurda bütün yaxşı xüsusiyyətlərin cəmləşdiyini formalaşıb: "Seymur mənim üçüncü uşağım idi. Sonbeşiyimdir. Bütün nə yaxşı xasiyyətlər var, hamısı onda idi. Çox mehriban uşaq idi. Necə mən onu yola saldım, yaddaşımda da elə qalıb. Mən onunla fəxr edirəm".  
 
Seymur Baxışovanın həyat yoldaşı şəhid ərinin bütün Azərbaycanın fəxri olduğunu bildirib:
"Gələn bütün qonaqlara təşəkkür edirəm ki, bu gün bizi tək qoymadılar. Mən şəhidin həyat yoldaşı olaraq fəxr edirəm. O, bütün Azərbaycanın fəxridir".
 
Daha sonra şəhidlərin məzarı ziyarət olunub. Onların ruhlarına dualar oxunub. 
 
Qeyd edək ki, Seymur Baxışov aprel döyüşlərində dəfn etdiyimiz son şəhiddir. Onun nəşini təmas xəttindən  aprelin 19-da götürmək mümkün olub. 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/271252

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR