Şəkidə “VAZ” velosipedçini vurdu

Şəkidə “VAZ” velosipedçini vurdu
23:34 3 Aprel 2017
107 Digər
Ölkə mətbuatı
A- A+

Şəkidə avtomobil velosipedçini vurub

 

Şəki Mərkəzi Rayon Xəstəxanasından (MRX) APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, aprelin 3-ü axşam saat 20 radələrində Şəki şəhər sakini, 1992-ci il təvəllüdlü Elxan Oruc oğlu Kərimov qapalı kəllə-beyin travması ilə xəstəxananın reanimasiya şöbəsinə daxil olub.

 

Müayinə zamanı məlum olub ki, 25 yaşlı Elxan Kərimov şəhər ərazisində velosiped sürərkən maşın vurub.

 

Şəki Şəhər-Rayon Polis Şöbəsindən APA-ya bildirilib ki, Elxan Kərimov “VAZ 21074” markalı 55 BT 523 dövlət nömrə nişanlı minik avtomobili tərəfindən vurulub. Sürücünün adı hələ ki, açıqlanmır.

 

Faktla bağlı araşdırma aparılır.

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/271260

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR