Tramp Putinə zəng etdi

Tramp Putinə zəng etdi
03:54 4 Aprel 2017
115 Digər
Ölkə mətbuatı
A- A+

ABŞ prezidenti Donald Tramp Sankt-Peterburqda baş vermiş terror aktı ilə bağlı rusiyalı həmkarı Vladimir Putinə zəng edib.

 

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitriy Peskov bildirib.

 

“ABŞ dövlət başçısı həlak olanların doğmalarına və yaxınlarına dərin hüznlə başsağlığı verib, Rusiya xalqına dəstəyini ifadə edib. Dövlət başçıları qeyd ediblər ki, terrorizm bəladır və onunla yalnız birgə mübarizə aparmaq gərəkdir”, deyə D.Peskov bildirib.

 

Onun sözlərinə görə, D.Tramp və V.Putin əlaqələrin davam etdirilməsinə dair razılığa gəliblər. 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/271265

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR