Rezidentura imtahanına "Buraxılış vərəqəsi" verilir

Rezidentura imtahanına "Buraxılış vərəqəsi" verilir
11:24 4 Aprel 2017
187 Digər
Ölkə mətbuatı
A- A+

2017/2018-ci tədris ilində Azərbaycan Respublikasında ali tibb təhsili əsasında həkim mütəxəssislərin hazırlanması məqsədi ilə rezidenturaya keçirilən baza fənləri üzrə  test imtahanına "Buraxılış vərəqəsi"nin verilməsinə başlanıb.

 

Lent.az-ın məlumatına görə, bunun üçün namizədlər "Namizədin imtahana buraxılış vərəqəsi"ni http://eservices.dim.gov.az/erizerez/brxvrez/ internet səhifəsində daxil olaraq çap edib götürməli, imtahanın yeri və keçirilmə tarixi qeyd olunan buraxılış vərəqəsini (hər mərhələ üçün ayrısa) və şəxsiyyətlərini təsdiq edən sənədi imtahana hökmən gətirməlidirlər.

 

İmtahana buraxılış vərəqəsinin çap edilməsi aprelin 8-dək davam edəcək.

 

Qeyd edək ki, bu il rezidentura üzrə 1075 nəfər ərizəsini təsdiq edib ki, onlardan  923 nəfər Azərbaycan, 152 nəfər isə rus bölməsinin məzunudur.  

Rezidentura üzrə baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanı aprelin 9-da, ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanı isə iyulun 5-də keçiriləcək.

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/271291

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR