200-dən çox sərnişini olan bərə buzların arasında ilişib qaldı

200-dən çox sərnişini olan bərə buzların arasında ilişib qaldı
07:29 5 Aprel 2017
93 Digər
Ölkə mətbuatı
A- A+

Göyərtəsində 209 sərnişinin olduğu bərə Kanada sahillərində buzların arasında sıxışıb qalıb.  

 

APA-nın CBC telekanalına istinadən verdiyi xəbərə görə,  Şimali Sidney limanından yola düşən “Highlanders” bərəsi ötən gün buzların arasında bloklanıb qalıb. Bərənin göyərtəsində Sərnişinlərdən başqa 85 yük maşını və 65 minik avtomobili olub.  

 

Bərənin köməyinə buzqıran gəmi göndərilib. Bərə Bakı vaxtı ilə 04.00 radələrində xilas edilərək yoluna davam edib.   

 

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/271369

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR