Sevinc-Sevil bacılar qəza törətdi: 87 yaşlı piyadanı...

Sevinc-Sevil bacılar qəza törətdi: 87 yaşlı piyadanı...
11:34 5 Aprel 2017
1451 Digər
Ölkə mətbuatı
A- A+

 

Bu gün müğənni-aparıcı Sevinc və Sevil Səfərovalar yeni aldıqları avtomobillə qəza törədib. Lent.az qaynarinfo.az-a istinadən xəbər verir ki, əkizlərin idarə etdiyi “Dodge Durango” markalı avtomobilin İçərişəhərin yaxınlığında yolu keçən yaşlı bir kişini vurduğu bildirilir.

 

Bacıların köməkçisi isə qəza ilə bağlı “qafqazinfo”ya bildirib ki, piyada heç bir xəsarət almayıb:

 

“Piyada 87 yaşlı kişidir. İndi vəziyyəti çox yaxşıdır, xəsarət almayıb. Hadisə baş verdiyi ərazidə piyada keçidi olmayıb. Həmin şəxs ərazidən yolu keçməyə çalışıb. Maşın piyadaya toxunmayıb. Sadəcə olaraq yaşlı insandır, özünü tarazlaya bilməyib, yerə yıxılıb. Amma maşın kişiyə dəyməyib. Hadisə yerinə elə polis əməkdaşları cəlb olunub”.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/271387

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR