Ermənistanda qeyri-legitim parlament formalaşıb - İDDİA

Ermənistanda qeyri-legitim parlament formalaşıb - İDDİA
14:19 5 Aprel 2017
68 Digər
Ölkə mətbuatı
A- A+

Aprelin 2-də Ermənistanda qeyri-legitim parlament seçilib.
 
APA-nın “news.am”-a istinadən verdiyi məlumata görə, bu sözləri “Ohanyan-Raffi-Oskanyan” blokunun seçkiqabağı qərargahının rəhbəri, “İrs” partiyasının sədr müavini Armen Martirosyan jurnalistlərə açıqlamasında deyib.
 
O bildirib ki, bütün hallarda fəaliyyətlərini davam etdirəcəklər: "Hazırda ölkədə nə dövlət maraqlarını müdafiə edə, nə Dağlıq Qarabağ məsələsində irəliləyişə nail ola, nə də iqtisadi sahədə islahatla həyata keçirə biləcək qanunsuz formalaşmış hakimiyyət var. Əsas siyasi proseslər parlamentdən kənarda qalıb. Biz hazırda yenidən formalaşma prosesinə başlamışıq. Bloka daxil olan qüvvələr arasında əməkdaşlıq da birmənalı olaraq davam etdiriləcək”.

Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/271406

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR