Müəllim olmaq istəyənlər üçün elektron sınaq imtahanı keçiriləcək

Müəllim olmaq istəyənlər üçün elektron sınaq imtahanı keçiriləcək
17:14 5 Aprel 2017
298 Digər
Ölkə mətbuatı
A- A+

 

 

Aprel ayının 16-da Təhsil İnstitutunun Təhsil Texnologiyaları Mərkəzi müəllimlərin işə qəbulu üçün növbəti elektron sınaq imtahanını keçirəcək.

 

İnstitutun mətbuat xidmətinin rəhbəri Tofiq Sadıqov Lent.az-a bildirib ki, imtahan 17 ixtisas üzrə həm Azərbaycan, həm də rus bölməsi üçün nəzərdə tutulub.

 

T. Sadıqovun sözlərinə görə, elektron sınaq imtahanının üstünlüyü ondan ibarətdir ki, iştirakçılar imtahan bitən anda dərhal öz nəticələrini, səhv və düz yazdıqları sualları görə bilirlər: “ Sınaq imtahanından ən yüksək bal toplamış 3 nəfər Təhsil Texnologiyaları Mərkəzinin müəllimlərin işə qəbulu kurslarında hazırlaşmaq üçün güzəşt əldə edəcəklər”.

 

 

Qurum rəsmisi qeyd edib ki, Təhsil İnstitutunun Təhsil Texnologiyaları Mərkəzi elektron sınaq imtahanlarına olan böyük marağı nəzərə alaraq imtahanları ayda 2 dəfə keçirməyi planlaşdırır: “Gələcəkdə müraciətləri nəzərə alaraq bu sınaq imtahanlarının regionlarda da təşkil olunması nəzərdə tutulub. Elektron sınaq imtahanına yazılmaq üçün Təhsil İnstitutunun Təhsil Texnologiyaları Mərkəzinə müraciət etmək və ya (055)  620 96 69 nömrəsinə zəng edərək qeydiyyatdan keçmək olar”.

 

 

Xatırladaq ki, aprel ayının 2-də Təhsil İnstitutunun Təhsil Texnologiyaları Mərkəzi ilk dəfə olaraq işə qəbul olmaq istəyən gələcək müəllimlər üçün elektron formada sınaq imtahanı təşkil edib. Nizami rayonu 220 nömrəli məktəbdəki elektron imtahan mərkəzində baş tutan sınaq imtahanı real imtahanda olduğu kimi kompüter vasitəsilə həyata keçirilib. İmtahanda Bakı və Sumqayıt şəhəri daxil olmaqla respublikanın 13 bölgəsindən 200-ə yaxın iştirakçı iştirak edib.

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/271426

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR