Kolumbiyada sel fəlakəti: 314 nəfər itkin düşdü

Kolumbiyada sel fəlakəti:  314 nəfər itkin düşdü
03:29 6 Aprel 2017
81 Digər
Ölkə mətbuatı
A- A+

Kolumbiyanın Putumayo departamentində baş vermiş sel nəticəsində 314 nəfər itkin düşmüş hesab edilir.

 

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə ölkə prezidenti Xuan Manuel Santos bildirib.

 

Onun sözlərinə görə, təbii fəlakət 293 nəfərin həyatına son qoyub, 332 nəfər müxtəlif dərəcəli xəsarət alıb, 3 minədək insan müvəqqəti sığınacaqlarda yerləşdirilib.

 

EFE agentliyinin məlumatına görə, itkin düşənlər arasında 8 əcnəbi var. Onlardan 3-ün İspaniya vətəndaşı olduğu dəqiqləşib.

 

Xatırladaq ki, aprelin 1-ə keçən gecə baş verən faciəyə səbəb leysanlar nəticəsində Mokoa çayının məcrasından çıxması olub. Sel suları onlarla yaşayış evini dağıdıb.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/271451

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR