Sabiq komitə sədri ilə deputat arasında mübahisə yarandı

Sabiq komitə sədri ilə deputat arasında mübahisə yarandı
12:13 6 Aprel 2017
98 Ölkə
Ölkə mətbuatı
A- A+

Milli Məclisin Elm və təhsil komitəsinin bu gün keçirilən iclasında “Məktəbəqədər təhsil haqqında” qanun layihəsinin III oxunuşda müzakirəsi zamanı sabiq komitə sədri, deputat Şəmsəddin Hacıyevin təklifi həmkarları tərəfindən etirazla qarşılanıb.

Publika.az xəbər verir ki, Ş.Hacıyev Azərbaycanda təhsil müəssisələrinin tikilməsi üçün xarici sərmayədarlara şərait yaradılmasını və təsisçilər arasında əcnəbi vətəndaşların da olmasını təklif edib:

“Bu, təhsilin inkişafı üçün çox önəmlidir, bütün yük dövlətin üzərində olmamalıdır”.

Sabiq komitə sədrinin bu fikrinə deputat Asim Mollazadə etiraz edib. A.Mollazadə bu məsələnin mümkün olmadığını söyləyib.

Komitə sədri İsa Həbibbəyli isə deyib ki, təhsil müəssisələri ilə bağlı xarici təsisçilərin olması arzuolunan deyil.

Ş.Hacıyev davam edərək bildirib ki, bir var tədris, bir var təsisçilik:

“Bunlar fərqli anlayışdır. Biz onlara təssiçilik hüququnu verməliyik. Necə ki, “Təhsil haqqında” qanunda bu var. Əgər biz təhsilin inkişafını istəyiriksə, niyə buna şərait yaratmırıq?”

Bu zaman deputat Asim Mollazadə Ş. Hacıyev irad tutaraq bildirib ki, həmin sərməyadarlar belə olan halda ölkədə öz prinsiplərini yayacaqlar.

Deputatın ona reaksıyası sərt olub:

”A kişi, məscid tikmirlər ki, gəlib burda vəhhabiliyi yaysınlar! Bu, məktəbəqədər təhsil müəssisəsidir”.

Sonda İ.Həbibbəyli bildirib ki, bu məsələdə xarici sərməyadarlar dövlət üçün əhəmiyyətli deyil:

“Burada uşaqlarımızın gələcəyindən söhbət gedir. Hesab edirəm həm təhlüksizlik, həm də yad ideologiya baxımından buna diqqət etməliyik”.

Vasif Həsənli


Xəbərin orijinal ünvanı: http://publika.az/news/bilik/193975.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR