Havalar isinir - PROQNOZ

Havalar isinir - PROQNOZ
13:19 6 Aprel 2017
198 Digər
Ölkə mətbuatı
A- A+

Aprelin 7-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə duman, axşam çiskin olacağı ehtimalı var. Cənub küləyi əsəcək.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Lent.az-a verilən məlumata görə, sabah havanın temperaturu gecə 4-7° isti, gündüz 14-18° isti, Bakıda gecə 4-6° isti, gündüz 15-17° isti olacağı gözlənilir.

 

 

Azərbaycanın rayonlarında isə sabaha gözlənilən hava şəraiti əsasən yağmursuz keçəcək.  Gecə və səhər bəzi yerlərdə duman olacaq. Lakin bəzi qərb rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

 

Havanın temperaturu gecə 2-7° isti, gündüz 17-22° isti, dağlarda gecə 0-5° isti, gündüz 8-13° isti olacağı gözlənilir.

 

Tibbi-meteoroloji proqnoz gəlincə isə, aprelin 9-dək Abşeron yarımadasında mülayim yaz havası meteohəssas insanlar üçün əsasən əlverişlidir.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/271495

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR