UNEC-in idarəetməsində yeni addım

UNEC-in idarəetməsində yeni addım
16:34 6 Aprel 2017
76 Digər
Ölkə mətbuatı
A- A+

 

 

UNEC-in idarəetmə sistemini təkmilləşdirmək məqsədilə universitetdə Ümumi katiblik yaradılıb.

 

Universitetin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, müasir tələblərə cavab verən idarəetmə sistemi beynəlxalq təcrübə əsasında fəaliyyət göstərəcək. Sistemin tətbiqi ilə bağlı fakültə katiblərinə təlimlər keçilib. Pilot layihə kimi UNEC-in 3 meqafakültəsində yaradılan sistem gələcəkdə universitetin bütün fakültələrində tətbiq ediləcək.

 

Bildirək ki, yeni sistemə əsasən, inzibati idarəetmə akademik idarəetmədən, cari işlər isə strateji işlərdən ayrılacaq. Rektorun və dekanların cari və inzibati işlərinin görülməsi səlahiyyətlərinin böyük bir hissəsi katibliyə ötürüləcək. Universitet katibliyinə tabe olan qurum cari və inzibati idarəetmə strukturu olaraq, bu işləri həyata keçirən qurumların işini koordinasiya edəcək. Yeni sistemin tətbiqi universitetin kadr resurslarının əməyindən daha səmərəli yararlanmağa səbəb olacaq.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/271513

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR