Yusif Səfərov küçəsindəki təmir həftə sonuna qədər yekunlaşacaq - RƏSMİ

Yusif Səfərov küçəsindəki təmir həftə sonuna qədər yekunlaşacaq - RƏSMİ
18:39 6 Aprel 2017
152 Digər
Ölkə mətbuatı
A- A+

Asfalt-beton örtüyünün döşənməsi işləri Yusif Səfərov küçəsinin Heydər Əliyev prospekti ilə kəsişməsindən mərkəzə doğru olan istiqamətində Üzeyir Hacıbəyli və Afiyəddin Cəlilov küçəsi ilə kəsişməyədək olan 1250 m-lik hissəsində aparılır.

 

“Azəravtoyol” ASC-nin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, ümumilikdə küçənin 25 min m2-dən çox sahəsinin asfaltlanması nəzərdə tutulub. Hazırda asfaltlanma işləri yüksək sürətlə davam etdirilir.  Artıq yolun 12 min m2-dən çox sahəsinə 2 qat olmaqla yeni asfalt-beton örtüyü döşənib.

 

Yol geyimin salınması  işləri  tamamilə  bitdikdən sonra yolcizgi və yolgöstərici xətlər çəkiləcək, zəruri olan yerlərə yol nişanları və məlumatverici lövhələr quraşdırılacaq.

 

Bildirək ki, sözügedən küçədə hərəkətin intensivliyini nəzərə alınaraq “Azəravtoyol” ASC işlərin  qısa müddət ərzində yekunlaşdırılması üçün əraziyə kifayət qədər qüvvə cəlb edib. Küçədə təmir işləri həftə sonuna qədər yekunlaşdırılacaq.

 

Təmir işləri ilə əlaqədar sözügedən hissədə avtonəqliyat vasitələrinin hərəkəti tam olaraq məhdudlaşdırılıb.

 

Xatırladaq ki, bir müddət bundan öncə Yusif Səfərov küçəsinin Afiyəddin Cəlilov küçəsi ilə kəsişməsindən Heydər Əliyev prospektinə qədər olan 1.2 km-lik hissəsi də təmir edilib.

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/271524

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR