Şəbnəm Tapdıq "ağ atlı oğlan"dan danışdı: "İlk dəfə 17 yaşımda..."

Şəbnəm Tapdıq "ağ atlı oğlan"dan danışdı: "İlk dəfə 17 yaşımda..."
23:05 6 Aprel 2017
298 Şou
Ölkə mətbuatı
A- A+

Müğənni Şəbnəb Tapdıq Xəzər TV-də yayımlanan "5/5" verilişinin qonağı olub.

Milli.Az big.az-a istinadən bildirir ki, ifaçı bundan sonra tez-tez sevənlərinin görüşünə gələcəyini bildirib:

"Mən bir il efirlərə çıxmağa ara vermək istədim. Hərənin öz sevəni, dinləyicisi var. Atamın dünyasını dəyişməsindən 3 ay keçsə də, tez-tez yuxularıma gəlir. Yuxuda mənə deyir ki, "Efirlərə niyə çıxmırsan. Mahnılarını niyə səsləndirmirsən?". Müğənni ilk dəfə səhnəyə gəlməsindən söz açıb: "Məni səhnəyə ilk dəfə 17 yaşımda atam əlimdən tutaraq gətirib. Həmin vaxtlara atam televiziyada çalışırdı. Onun köməyi ilə efirə çıxdım".

İfaçı ərə getmək məsələləri haqda da danışıb: "

Əgər iki qapı qoyulsa, birində ağ atlı oğlan, digərində atamla anam olsa valideynlərimi seçərəm. Ağ atlı oğlanı seçmərəm. Ata-anam mənə ömür verib. Onlar mənə həyat bəxş edib. Valideynlərim məni çox gözəl böyütdü. Lakin mən hardan bilim ki, ağ atın üstündə gələn oğlan taleyimi nə günə qoyacaq?! Ona görə də mən ehtiyatımı saxlayıram. Yenə də deyirəm, əgər atam-anam bu saat dirilib gəlsə, mən heç bir ağ atlı oğlanı qəbul eləmərəm. Bir yanım atam, bir yanım anamdır".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/showbiz/532822.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR