Azərbaycanda oğlunun ölümünü görmək istəməyən ananın ÜRƏK DAĞLAYAN SONU

Azərbaycanda oğlunun ölümünü görmək istəməyən ananın ÜRƏK DAĞLAYAN SONU
11:44 7 Aprel 2017
190 Digər
Ölkə mətbuatı
A- A+

 

Ağsu rayonunda intihar hadisəsi baş verib. Lent.az xəbər verir ki, bu gün səhər saatlarında rayonun Ərəb Sarvan kəndində yaşayan 1966-cı il təvəllüdlü Eyyubova Səfurə Əlibala qızı yaşadığı ünvanda özünü kəndirlə asaraq intihar edib. Onun meyitini səhər yuxudan duran oğlu aşkarlayıb.

 

Qeyd edək ki, 51 yaşlı S.Eyyubovanın 3 övladı var. Onun böyük oğlu bir müddət əvvəl hərbi xidmətdən qayıdıb. Bir neçə ay əvvəl gənc oğlanın səhhətində ciddi problemlər yaranıb. Müxtəlif müayinələrdən sonra həkimlər onun ürəyində ciddi problemin olduğunu deyiblər və ağır diaqnoz qoyulub. Hələ ailə həyatı qurmamış oğlunun düçar olduğu xəstəliyi fikir edən, tez-tez oğlunun ölümünü görmək istəmədiyini deyən və oğlunun ölümünü görməkdənsə, öz ölümünü seçəcəyini bildirən qadın ötən gecə özünü asaraq həyatına son qoyub.

 

Onun meyitini tapan oğlu da məhz həmin – ürək xəstəliyindən əziyyət çəkən övlad olub.

 

Faktla bağlı araşdırmalar davam etdirilir.  


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/271584

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR