Şəbnəm: "Hansı oğlan gəlsə, qəbul etmərəm" - FOTO

Şəbnəm: "Hansı oğlan gəlsə, qəbul etmərəm" - FOTO
13:52 7 Aprel 2017
286 Şou
Ölkə mətbuatı
A- A+

Əməkdar artist Şəbnəm Tapdıq atası İlyas Tapdıq dünyasını dəyişəndən sonra ilk dəfə efirə çıxıb.

Milli.Az axşam.az-a istinadən bildirir ki, müğənni "5/5" verilişin qonağı olub.

O bildirib ki, atası tez-tez yuxularına girir:

"Atam da, anam da yuxuma girir. Deyir ki, niyə mahnıları səsləndirmirsən? Məni ilk dəfə səhnəyə atam gətirib. İstəyirdim bir il efirlərə çıxmayım. Atamın yuxuda dediklərinə görə, efirə qayıtdım. Üç aydır dünyasını dəyişib".

Ş.Tapdıq aparıcı Zaur Kamalın "Sizə hər zaman deyirdim ki, ailə qurun. Bir gün valideynlər olmayacaq. Bax, indi tək qaldınız" sözlərinə belə cavab verib:

"İki qapı qoyulsa: birində ağ atlı oğlan, digərində valideynlərim. Mən ata-anamı seçərəm. Onlar mənim üçün önəmlidir. Onlar mənə gözəl baxdı, böyütdü. İndi onların verdiyi ömrü yaşayıram. Hardan bilim ağ atlı oğlan mənə hansı ömrü yaşadacaq? İndi hansı oğlan gəlsə, onu qəbul etmərəm".

Daha sonra verilişdə Ş.Tapdığın valideynləri ilə bağlı süjet nümayiş olunub. Göz yaşlarını saxlaya bilməyən ifaçı atasının arxivini hazırlayacağını söyləyib: 

"Xoşbəxtəm ki, anam 75, atam 85 yaşında dünyasını dəyişdi. Onları doyunca gördüm. Amma yenə də valideyn yüz yaş yaşasa da, onlardan doymaq olmur. İndi atamın arxivi ilə məşğulam. Ona aid olan kitabları toplayıram. Valideynlərimin vəsiyyəti o idi ki, biz öləndə ağlama. Amma mümkün deyil, ürəyim dağlanır".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/showbiz/532990.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR