Rusiya İdlibi bombaladı: ölən və yaralananlar var

Rusiya İdlibi bombaladı:  ölən və yaralananlar var
04:24 8 Aprel 2017
109 Digər
Ölkə mətbuatı
A- A+

ABŞ-ın Suriya ordusunun aviabazasına endirdiyi zərbələrin ardından Rusiyaya məxsus hərbi təyyarələr İdlib şəhərini bombalayıb.

 

APA-nın “Milliyet”-ə istinadən verdiyi xəbərə görə, şəhərin Hayish bölgəsinə endirilən hava zərbələri nəticəsində 8 dinc sakin ölüb, çox sayda yaralıların olduğu bildirilir.  

 

Məlumata əsasən, hücuma məruz qalan bölgədə Hama şəhərindən gələn qaçqınlar məskunlaşıb.

 

Aprelin 4-də Bəşər Əsəd rejiminə aid hərbi təyyarələrin İdlib şəhərinə zərbələr endirməsindən sonra kimyəvi zəhərlənmə nəticəsində çoxlu sayda insan ölüb və yaralanıb. Aprelin 7-ə keçən gecə isə  ABŞ-ın Aralıq dənizindəki hərbi gəmilərindən Suriya ordusunun aviabazasına 59 raket buraxılıb. 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/271646

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR