Xəzərdə tapılan meyit neftçi Azay Zülfüqarovundur - Qərargah

Xəzərdə tapılan meyit neftçi Azay Zülfüqarovundur - Qərargah
13:14 8 Aprel 2017
105 Digər
Ölkə mətbuatı
A- A+

Aprelin 6-sı Xəzərdə tapılan kişi meyitin neftçi olduğu təsdiqini tapıb.

 

Dövlət Dəniz Administrasiyasının Gəmilərin Hərəkətinin İdarəolunması Milli Mərkəzində Fövqəladə Hallar Nazirliyi, Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti, Dövlət Dəniz Administrasiyası, SOCAR və Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi QSC-nin aparıcı mütəxəssislərindən ibarət tərkibdə yaradılan Axtarış-Xilasetmə Qərargahından Lent.az-a verilən məlumata görə, həyata keçirilən axtarış – xilasetmə əməliyyatları nəticəsində aprelin 6 – sı aşkar edilən kişi meyitinin «Azneft» İB-nin N.Nərimanov adına Neft Qaz Çıxarma İdarəsinin 1 saylı neft qaz çıxarma sahəsində “əmtəə operatoru” vəzifəsində çalışmış 1971 – ci il təvəllüdlü Zülfüqarov Azay Hacıbala oğluna məxsus olduğu müəyyən edilib. Mərhumun meyiti ailəsinə təhvil veriləcək.

 

Qeyd edək ki, Azay Zülfüqarov 2 uşaq atasıdır.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/271673

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR