Möminin digər mömin üzərində olan 7 haqqı

Möminin digər mömin üzərində olan 7 haqqı
21:22 8 Aprel 2017
112 Ölkə
Ölkə mətbuatı
A- A+

İmam Sadiq (ə) buyurur: "Möminin başqa möminin boynunda 7 haqqı vardır ki, Allah Təala tərəfindən ona vacib edilmişdir.

Milli.Az deyerler.org-a istinadən bildirir ki, mömin bu vəzifəni yerinə yetirməkdə, Allah qarşısında məsuldur.

1. Onu öz nəzərində böyük hesab etmək.
2. Qəlbində sevmək.
3. Onun xeyirinə maddi güzəşt etmək.
4. O şeyi ki, özü üçün bəyənir, onun üçün də bəyənmək.
5. Onun haqqında pis danışmağı rəva bilməsin.
6. Xəstə olan zaman yanında hazır olmaq və (ölərsə) cənazəsi ardınca getmək.
7. Öləndən sonra isə yaxşılıqdan savayı onun barəsində bir şey deməsin". (Həvzəh)
İmam Sadiq (ə) buyurub: "Allah Təalaya möminin haqqını yerinə yetirməkdən daha üstün bir şeylə ibadət olunmayıb".
İmam Sadiq (ə) möminin mömin üzərində olan haqlarını bəyan edərkən, buyurub: "Həmin haqların ən kiçiyi budur ki, özün üçün istədiyini onun üçün də istəyəsən və özünə rəva bilmədiyini ona da rəva bilməyəsən".
İmam Həsən Əsgəri (ə) buyurub: "Qardaşlarının hüquqları ilə daha yaxından tanış olan və onlara riayət etməyə daha çox çalışan şəxs Allah yanında daha hörmətlidir".
 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/532751.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR