Tramp Suriyaya endirilən zərbənin səbəbini açıqladı

Tramp Suriyaya endirilən zərbənin səbəbini açıqladı
00:19 9 Aprel 2017
153 Digər
Ölkə mətbuatı
A- A+

ABŞ prezidenti Donald Tramp  Konqres üzvlərinə aprelin 7-nə keçən gecə Suriyaya endirilən raket zərbəsinə dair bildiriş məktubu göndərib.  

 

APA-nın “RİA Novosti”-yə istinadən verdiyi xəbərə görə, məktubun mətni tam olaraq Trampın zərbədən sonra səsləndirdiyi bəyanatı təkrarlayır. Belə ki, prezident Suriya hakimiyyətini aprelin 4-də İdlib əyalətində kimyəvi silahdan istifadə etməkdə ittiham edib.  Tramp, raket zərbəsinin kimyəvi silahdan istifadənin təkrarlanmasının qarşısını almaq məqsədi ilə endirildiyini qeyd edib.   

 

Qeyd edək ki, ABŞ-ın Homs əyalətindəki  “Şayrat” aerodromuna 59 raket atıb.  

 

Homs qubernatoru zərbə nəticəsində 5 hərbçi və 2 mülki şəxsin öldüyünü bildirib.

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/271694

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR