Cəlilabadda kütləvi dava: 5 nəfər bıçaqlandı

Cəlilabadda kütləvi dava: 5 nəfər bıçaqlandı
00:24 10 Aprel 2017
279 Digər
Ölkə mətbuatı
A- A+

Cəlilabadda baş verən kütləvi davada 5 nəfər bıçaqlanıb.

 

APA-nın cənub bürosunun verdiyi məlumata görə, hadisə rayonunun Nar bağı adlanan ərazisində qeydə alınıb.

 

Dava nəticəsində rayon sakinləri Amid Möhsümov, Bəhruz və Pərviz Sahiboğlu qardaşları, Ruslan Əliyev və Asəf Yaqubov xəsarət alıb.

 

İlkin məlumata görə, xəsarət alanlar 10 nəfərdən ibarət qrup tərəfindən döyülərək bıçaqlanıblar.  Yaralılar Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Onlardan birinin vəziyyətinin ağır olduğu bildirilir. Fakt araşdırılır.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/271746

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR