Bakılı qız dünyanın ən gənc milyarderi oldu

Azərbaycanlı gənc qadın Afrikanın ən gənc milyarderlərindən biri olub. İzabel duş Santuş həm də dünyanın ən varlı qadınları siyahısına adını yazdırıb. Bəs bu necə olub?

Metbuat.az bildirir ki, Santasın milyarder olması uzun illər Azərbaycanın da tərkibinə daxil olduğu SSRİ ilə bağlıdır desək yanılmarıq. 1991-ci ildən sonra SSRİ-nin qədim qitədəki dostları taleyin ümidinə atıldılar. Lakin bəzi Afrika dövlətləri özləri təbii sərvətləri sayəsində bu çətinlikdən çıxa bildi. Bunlardan biri də Anqoladır.

Ötən əsrin ortalarında SSRİ Anqolanın müstəqilliyi hərakatına dəstək verirdi. Hərəkatın fəalları SSRİ-də təhsil almağa dəvət edilirdi. Onların arasında 60-cı illərin əvəllərində Bakıda Neft İnstitunda təhsil üçün dəvət edilən Joze Eduardu duş Santuş da var idi.

Təhsil illəri ərzində o nəinki “qara qızıl” haqqında hər şeyi öyrənir, həm də özünə yar tapır – Tatyana Kukanovanı. Lakin tezliklə Joze vətəninə qayıdır və inqilaba qoşulur. Tezliklə portuqallar ölkədən çıxışlarını elan edirlər. Bundan sonra Anqolada demək olar ki, daş dövrü başlayır.

Ölkənin tarixində olan bütün önəmli hadisələrdə Bakıda təhsil alan gənc fəal aktiv rol oynayır. O, 1975-ci ildə ölkənin ilk xarici işlər naziri oldu, 4 il sonra – prezidentin ölümündən sonra isə onun davamçısı.

Bu illər ərzində onun şəxsi həyatına enişli-yoxuşlu oldu. Ancaq birinci həyat yoldaşından qızı İzabel atasını atmır. İzabel 1973-cü ildə Bakıda doğulub. Uşaqlıq illərində o anası ilə birlikdə paytaxt Luandaya köçür. Valideynləri ayrıldıqdan sonra isə təhsil almaq üçün Böyük Britaniyaya gedir.

90-cı illərin əvəllərində o, Londondan vətənə qayıdır. Məhz bu illərdə duş Santus bazar iqtisadiyyatında yeniliklərə imza atırdı. Qızı da onun planlarında böyük rol oynadı. Qərb təhsilli, bir neçə dildə sərbəst danışan gənc ölkədə biznesin inkişafı üçün dayanmadan çalışır.

İzabelin sahibkarlıq qabiliyyəti bir çox sahələrdə ona uğur qazandırıb – məsələn, əyləncə sahəsinin təşkili, telekommunikasiya, neft, almaz biznesi. Bütün bunlar isə anası Bakıdan olan, özü Bakıda doğulan bu xanımı dünyanın və qitənin ən zəngin xanımlarından biri edib. “Forbes”in hesablamalarına görə, Afrikanın ən varlı qadınının şəxsi sərvəti 3 milyard dollardan çoxdur.

Orxan / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR