“Deyirlər, Namiqin dövranı gedib. Bəzi insanlar üçün bu, sevinc hissidir. Mən bazarda çalışırdım. Çörək puluna ehtiyacım var idi. Sənətə gələndə risk etdim, işdən çıxdım. İndi bəhrəsini də görürəm”.

Lent.az-ın Axşam.az-a istinadən məlumatına görə, bu sözləri meyxanaçı Namiq Qaraçuxurlu “10-dan sonra” verilişində deyib.

Sənətçi bildirib ki, son günlər gəliri azalıb.

N.Qaraçuxurlu duet oxumamasının səbəbini də açıqlayıb: "O qədər uğurlu duetlərdən sonra qorxuram yenidən bu addımı atmağa. Məsuliyyət daşıyıram. Nə qədər özümü, adımı qoruyuramsa, o qədər az pul qazanıram və ya heç pul qazanmıram. Səviyyəmi qorumasam, qazanaram. Bozbaşlaşsam, haqqımda çox danışılacaq. Səviyyəyə doğru gedəndə adam tamaşaçısını itirir. Səviyyəli verilişlərə də az adam baxır".