Suriyadan sonra QARABAĞ... - Torpaqlarımızda Putin-Tramp MÜHARİBƏSİ QIZIŞIR

Suriyadan sonra QARABAĞ... - Torpaqlarımızda Putin-Tramp MÜHARİBƏSİ QIZIŞIR
12:43 11 Aprel 2017
112 Digər
Ölkə mətbuatı
A- A+

“Donald Tramp müharibəni rəsmi səviyyəyə çıxararaq, Suriyada Obama tərəfindən başlanmış siyasəti davam etdirir”.

Publika.az
xəbər verir ki, bu barədə rusiyalı politoloq Qriqori Trofimçuk deyib.

Onun sözlərinə görə, hazırda Vaşinqton Suriya üzərindən Rusiyaya tələblərini diktə etməyə çalışır: “Suriyada təyyarə bazasının vurulması Moskvanın reaksiyasının yoxlanılması testi idi”.


Q.Trofimçuk hesab edir ki, Amerika müxtəlif vasitələrlə regionda öz təsirini genişləndirəcək.

“Vaşinqton Dağlıq Qarabağ münaqişəsi ilə bağlı da öz yanaşmasını təqdim edəcək və bu yanaşma əvvəlkindən daha kəskin olacaq. ABŞ Rusiyanı Qarabağ münaqişəsinin nizama salınmasından uzaqlaşdırmağa çalışacaq. Xüsusilə Vaşinqton Suriya məsələsində öz mövqeyini irəli çəkməyi bacaracaqsa, Qarabağ üzərində də Rusiyanın mövqelərinə hücum edəcək. Ümumiyyətlə, Suriyada çox şey aşkar olacaq. Biz Rusiyanın ya bütün istiqamətlər üzrə zəifləməsini, ya da möhkəmlənməsini görəcəyik”, - deyə rusiyalı politoloq qeyd edib.

Asif


Xəbərin orijinal ünvanı: http://publika.az/news/nida_xeber/194606.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR