Şirvanda avtomobil oğurlayan şəxs saxlanılıb

15:47 7 Yanvar 2015
102 Digər
Ölkə mətbuatı
A- A+

[ 07 Yanvar 2015 15:43 ]


Şirvan. Əlibəy Zeynallı - APA. Şirvan şəhərində avtomobil qaçırmış şəxs tutulub.

 

Şirvan Şəhər Polis Şöbəsindən APA-nın Mil-Muğan bürosuna verilən məlumata görə, Şirvan ŞPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 1-də Samir Məmmədova məxsus “VAZ-2106” markalı, 01 BG 979 dövlət nömrə nişanlı avtomobili qaçıran şəhər sakini Sakit Qasımzadə tutulub. Ətrafında aparılan əməliyyat tədbirləri ilə onun həmin gün Cavid Cəlalova məxsus “VAZ-2106”, 49 BG 394 dövlət nömrə nişanlı markalı avtomobili qaçırması da müəyyən edilib. Hər iki avtomobil şəhər kənarında əzilmiş şəkildə aşkar edilib.

 

Daha sonra Şirvan sakini Bağırov Səməd Həmid oğluna məxsus “VAZ-2106” markalı, 11 BS 321 dövlət nömrə nişanlı avtomobilin də oğurlandığı məlum olub və bununla bağlı əməliyyat tədbirləri davam etdirilir. Həmin avtomobilin yeri hələlik məlum deyil.

 

Faktla bağlı Şirvan Şəhər Polis Şöbəsində cinayət işi açılıb, araşdırma aparılır.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/368278

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR