Orta ixtisas təhsili üzrə ixtisasların sayı artırılıb

Orta ixtisas təhsili üzrə ixtisasların sayı artırılıb
08:59 12 Aprel 2017
44 Digər
Ölkə mətbuatı
A- A+

Orta ixtisas təhsili üzrə ixtisasların sayı artırılıb.

 

APA-nın məlumatına görə, Nazirlər Kabineti Mədəniyyət və Turizm Nazirliyinin təklifini nəzərə alaraq, “Orta ixtisas təhsili üzrə ixtisasların Təsnifatı”na dəyişiklik edib.

 

Dəyişikliyə əsasən “Təhsil ixtisasları qrupu” bölməsi üzrə “Rəqs müəllimliyi”,  “İqtisadiyyat və idarəetmə ixtisasları qrupu” bölməsi üzrə “Turizmin iqtisadiyyatı”,  “Səhiyyə, rifah və xidmət ixtisasları qrupu” bölməsi üzrə “Rekreasiya, idman və sağlamlıq turizmi” ixtisasları yaradılıb. 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/271961

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR