Rusiya “Eurovision-2017”-ni yayımlamaqdan imtina etdi

Rusiya “Eurovision-2017”-ni yayımlamaqdan imtina etdi
21:09 13 Aprel 2017
123 Digər
Ölkə mətbuatı
A- A+

Rusiyanın “Pervıy kanal” telekanalı “Eurovision-2017” mahnı müsabiqəsini yayımlamaqdan imtina edib. APA-nın RNS-ə istinadən verdiyi xəbərə görə, bu barədə telekanalın mətbuat xidmətindən bildirilib.

 

“Bu gün Avropa Yayım İttifaqından (AYİ) “Pervıy kanal”a daxil olan məktubda AYİ-nin Yuliya Samoylovanın “Eurovision-2017”  mahnı müsabiqəsində iştirakı məsələsini nizamlaya bilmədiyi qeyd edilib. Yaranmış vəziyyətdə “Pervıy kanal” telekanalı “Eurovision-2017” mahnı müsabiqəsinin yayımlanmasını mümkünsüz hesab edir”, - deyə telekanalın mətbuat xidmətindən bildirilib.

 

Qeyd edək ki, Y.Samoylova Krımda konsertlə çıxış etdiyinə görə, rəsmi Kiyev onun ölkəyə girişinə qadağa qoyub. Müğənni  Rusiyanı “Eurovision-2017”–də  "Flame Is Burning" mahnısı ilə təmsil edəcəkdi.  


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/272104

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR